21 sentyabr 2013 22:01
“Əks hücumlarda oynayıb qol vurmaq istəyirdik”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gərgin və sürətli oyun oldu. Hesab sonadək açılmadı. Əks hücumlarda oynayıb qol vurmaq istəyirdik. Komanda sona qədər mübarizə apardı”.
