21 sentyabr 2013 22:06
Qurbanov: Komandada hələ də psixoloji yorğunluq var
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Simurq”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“90 dəqiqə ərzində oyunda üstünlüyə yiyələnmək istədik. Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik. Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin hamısı güclüdü”.
