21 sentyabr 2013 22:25
“Həm bizim, həm də Neftçinin bəxti gətirdi”
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun idi, komandamızda əsasən gənc, təcrübəsiz oyunçulardı. Fikrimcə, bu gün 1 xal qazandıq. Bəzi epizodlarda həm bizim, həm də “Neftçi”nin bəxti gətirdi. Bütün rəqiblərə eyni yanaşırıq. Öz oyun üslubumuz var, əks-hücumlarda oynayırıq. Komandamı təbrik edirəm”.
