21 sentyabr 2013 22:31
Tərlan Əhmədov: İntizamı pozan cəzasını alacaq
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu cür komandalarla oyunlar həmişə çətin olur. “Sumqayıt” əsasən müdafiədə oynadı, qapandı. Qol epizodlarından istifadə etmədikcə futbolçularda əsəb yaranırdı. Qarşıdakı oyunlarda itirdiyimiz xalların əvəzini qaytaracağımıza inanıram. Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq. Komandanın özünə inamını bərpa etmək lazımdı”.
