21 sentyabr 2013 11:18
İlham Əliyev Mişel Platinini qəbul edib
Bu gün UEFA prezidenti Mişel Platini rəsmi səfərlə Bakıya təşrif buyurub. Azerisport.az xəbər verir ki, səhər Platini Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olub.
Xatırladaq ki, Platininin ölkəmizə səfəri əlamətdar hadisə ilə bağlıdı. UEFA rəhbəri AFFA Futbol akademiyasının ərazisində Azərbaycanın müxtəlif yığmaları üçün inşa ediləcək təlim-məşq bazasının inşasında ilk daşın qoyulması mərasimində iştirak edəcək.
Platini həmçinin bir sıra görüşlər də keçirəcək.
