22 sentyabr 2013 00:01
Millimizin rəqiblərinin oyununda 8 qol!
Xəbər verdiyimiz kimi, Avstriyada 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 1-ci qrupun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi ötən gün ilk oyununa çıxdı.
Millimiz ilk oyununda meydan sahibi olan xorvatlarla üz-üzə gəldi. Patrisia Qonsalesin yetirmələrinin start matçında hesabı açan tərəf olsa da, sonda məğlubiyyətlə üzləşdi – 1:3.
Qrupun digər oyununda isə Avstriya İsraillə qarşılaşıb. Bu oyunda avstriyalılar rəqibini 8 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, bu qrupun digər oyunları sentyabrın 23-də keçiriləcək. Həmin gün Azərbaycan Avstriya, İsrail isə Xorvatiya ilə üz-üzə gələcək.
