21 sentyabr 2013 11:55
Mişel Platini: AFFA-nı bu işlə əlaqədar təbrik etmək istəyirəm
UEFA prezidenti AFFA Futbol akademiyasının ərazisində Azərbaycanın müxtəlif yığmaları üçün inşa ediləcək təlim-məşq bazasının inşasında ilk daşın qoyulması mərasimində iştirak etmək üçün Bakıya səfər edib. Azerisport.az xəbər verir ki, o, bu səfəri barədə danışıb.
“UEFA prezidenti olmaq həmişə çətindi. Burda olmağımla qürur duyuram. UEFA həmişə milli federasiyalara yardım edir. Bunların bəziləri Azərbaycanla müqayisədə daha artıq köməyə ehtiyac duyur. Axı onların sizin kimi neft və qaz sərvətləri yoxdu. Ancaq biz, hamıya yardım etməyə çalışırıq. AFFA-nı gördüyü işlə əlaqədar təbrik etmək istəyirəm. Biz bir çox yeni stadionlar gördük. Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı yeni yaxşı azərbaycanlı futbolçular görmək istədiyini dedi. Bu, onların yetişməsinə kömək edəcək”.
