21 sentyabr 2013 12:08

Platini: Bakının AÇ-2020 şansları haqda danışmaq hələ tezdi

UEFA prezidenti Mişel Platini Bakının AÇ-2020 şansları haqqında öz fikrini bildirib. Azerisport.az xəbər verir ki, o, bununla yanaşı Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü də qeyd edib:
 
“Şanslar haqda danışmaq hələ tezdi. Biz əminik ki, AFFA bu məqsədə çatmaq üçün böyük işlər görəcək və bizə tam hesabat verəcək. AÇ-2020-nin oyunlarını qəbul edəcək şəhərlərin tam siyahısı gələn ilin sentyabrında elan ediləcək. Bakı AÇ-ni keçirmək üçün təsdiqlənmiş namizədlər siyahısından ilk şəhər oldu. Ancaq şanslar haqda danışmaq hələ tezdi”.
 
UEFA rəhbəri ölkə prezidenti İlham Əliyevlə görüşünə də toxunub: “Sizin prezident futbolu çox sevir. Onunla görüşmək və söhbətləşmək xoş idi. O, öz ölkəsinin yığmasını dünya çempionu görmək istəyir.  Ancaq bu, asan deyil. Gənc oyunçular, onlar üçün baza olmalıdı. Mən əminəm ki, bu yeni baza yeni futbolçular yetişdirməyə kömək olacaq”.
 
Platini həmçinin qeyd edib ki, əvvəlki kimi İstanbulun namizədliyini dəstəkləyəcək: “İstanbuldan fərqli Bakı yarımfinallar və finala iddia etmir. Bundan başqa, mən bildirmişəm ki, İstanbula yarımfinallar və finalın keçirilmə yeri kimi səs verəcəyəm. Amma tək mənim səsim hər şeyi həll etmir. Bakı isə qrup mərhələsi uğrunda 25 şəhərlə rəqabət aparır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.