22 sentyabr 2013 18:53
Ruslan Abışovsuz Rubindən ilk məğlubiyyət (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Tomsk”la üz-üzə gəlib.
Oyun doğma meydanda keçirilirdi. Bu üzdən də həmyerlimizin komandası bu oyundan mütləq qalib ayrılmağı hədəfləmişdi. Amma oyunda hesabı açmasına baxmayaraq, kazanlılar bu görüşü məğlub başa vurublar. Bu, "Rubin"in cari mövsümdəki ilk məğlubiyyəti olub.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Lakin zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan 9 turda 12 xal toplaya bilib və 8-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
9-cu tur
22 sentyabr
Rubin - Tomsk - 1:2
