22 sentyabr 2013 19:57
Türkiyədə Azərbaycan derbisi baş tutmadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da bu gün növbəti matçına çıxıb.
Serb əsilli milliləşən futbolçumuzun komandası səfərdə “Kahramanmaraspor”la qarşılaşıb. Hansı ki, bu komandada digər azərbaycanlı futbolçu Fərid Quliyev də çıxış edir. Qarşılaşma "Orduspor"un çətin səfər qələbəsiylə başa çatıb.
Subaşiçlə Quliyevin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçularımız komandalarının iştirak ərizəsində yer almayıblar.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 11 xal toplayıb və birinci pillədə qərarlaşıb. “Kahramanmaraspor” isə 1 xalla sonuncu yerdə gedir.
Türkiyə PTT Birinci Liqası
6-cı tur
22 sentyabr
Kahramanmaraşspor - Orduspor - 2:3
