23 sentyabr 2013 00:12
Davud Kərimisiz Fethiyespor yenə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Şanlıurfaspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Davud bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 3 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
6-cı tur
22 sentyabr
Fethiyespor - Şanlıurfaspor - 1:3
