22 sentyabr 2013 21:05
Yunisoğlu oynadı, Arif İsayev heyətə düşmədi, Dənizlispor dörd qolla uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Ankaraspor”la qarşılaşıb. Görüş dənizlilərin darmadağını ilə yekunlaşıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Arif bu oyunda da iştirak ərizəsində yer almayıb. Saşa Yunisoğlu isə ilk dəqiqələrdən meydanda olub.
Qeyd edək ki, “Denizlispor” hazırda 4 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
6-cı tur
22 sentyabr
Denizlispor - Ankaraspor - 0:4
