21 sentyabr 2013 10:35
Çixradze: Simurqun əsl gücünü bilmək üçün daha bir neçə tur gözləmək lazımdı
“Simurq”un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
- “Simurq” “Qarabağ”la oyuna necə hazırlaşıb?
- Ənənəvi plan üzrə hazırlıq keçmişik.
- Ənənəvi plan üzrə hazırlıq keçmişik.
- Rəqibiniz son iki turda cəmi 1 xal toplayıb. Ağdamlıların sizinlə oyuna daha acıqlı çıxacağını gözləmirsiz?
- Əlbəttə, bu, önəmli amildi. Belə bir rəqibə qarşı oynamaq asan deyil. Amma hər şeydən önəmli olan bizim öz oyunumuzu düşünməyimizdi. “Qarabağ” da tam gücü ilə oynayacaq, nəticə qazanmağa çalışacaq. Eyni zamanda biz də hadisələrin yaxşı axarına inanırıq.

- Ağdam klubunda ən çox çəkindiyiniz futbolçular hansılardı?
- “Qarabağ”ın kifayət qədər yaxşı, balanslaşdırılmış heyəti var. Onlar güclü hücum xəttinə malikdilər. Heyətdə xüsusi fərqləndiriləcək futbolçuları da yetərincədi. Amma bu komandanın əsas silahı kollektiv oyundu.

- Matçın keçirilmə yerinin dəyişdirilməsini necə qarşıladınız? Çünki Tofiq Bəhramov adına Respublika stadionundan fərqli, “Dalğa Arena” süni örtüklüdü...
- Düzünü deyim ki, bu, bizim üçün gözlənilməz oldu. Çünki öncədən oyuna təbii örtükdə hazırlaşırdıq. Amma sonradan fərqli qərar qəbul olundu. İstənilən halda bu, bizdən asılı qərar olmadı. Ona görə sentyabrın 18-dən etibarən qarşıdakı oyuna süni örtüklü meydançada hazırlıq keçməyə başladıq.
- Komandanızın hazırkı çıxışını necə qiymətləndirirsiz?
- Çempionat çox çətin keçir. Hər matç ağır olur. Amma “Simurq”un əsl gücünü bilmək üçün daha bir neçə tur gözləmək lazımdı.

- Yay fasiləsi zamanı heyətdəki çoxsaylı dəyişikliklər komandaya nə dərəcədə təsir göstərib?
- Çoxlu futbolçunun gedişi hər bir komandaya öz təsirini göstərir. Onların bəziləri subyektiv səbəblərdən getdilər, qalanları isə obyektiv. Kimisi digər klublardan daha sərfəli təklif almışdı, kimisi müqaviləsinin müddəti bitdiyinə görə getdi. Bu, həm yerli, həm də əcnəbi futbolçulara aiddi. Hesab edirəm ki, komandaya cəlb etdiyimiz futbolçular da kifayət qədər səviyyəlidilər. Sadəcə, bizə bir qədər vaxt lazımdı.

- Nə qədər?
- Əsas problem ondan ibarətdi ki, bizim komandanı komplektləşdirmək üçün apardığımız işlər hətta çempionatın startından sonra da davam edirdi. Ona görə də konkret nə qədər vaxt lazım olduğunu demək çətindi.

- Çempionatın dörd dövrədən ibarət olması nə dərəcədə yaxşıdı?
- Fikrimcə, çempionat indi daha maraqlı və gərgin keçməyə başlayıb. Premyer Liqada cəmi 10 klub qaldığından, hər turda nəsə sensasiya gözləmək olur. Rəqabət artıb. Bu üzdən də hər bir rəqibə qarşı diqqətli oynamaq lazımdı.