21 sentyabr 2013 15:55
Azərbaycan İslandiyaya üç qol vurdu, bri xalla kifayətləndi (YENİLƏNİB)
Volqoqradda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 10-cu qrupun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi də ilk oyununa çıxıb.
Millimiz ilk oyununda İslandiya ilə üz-üzə gəlib. Nikolay Adamın yetirmələrinin start matçında üç dəfə hesabda önə keçdiyi halda qələbə hesabını qoruya bilməyib. Nəticədə, millimiz ilk oyununda bir xalla kifayətlənməli olub.
Qeyd edək ki, bu gün qrupun digər oyununda meydan sahibi Rusiya Slovakiya ilə qarşılaşacaq.
AÇ-2014-ün seçmə mərhələsi
10-cu qrup
21 sentyabr
İslandiya – Azərbaycan - 3:3 (1:1)
Qollar: B.Kama, 11 (0:1), Eynarsson, 20 (1:1), E.Cəfərov, 50 (1:2), Siqthorsson, 62 (2:2), Ş.Cəbrayılov, 68-pen (2:3), Byarnasson, 72 (3:3).
Baş hakim: Deyan Jakimovski (Makedoniya).
Volqoqrad. Olimpiya stadionu.
İSLANDİYA: 12. Byorqvinsson, 3. Şevinq, 5. Siqthorsson (k), 15. Hauksson, 8. Qunnarsson, 10. Eynarsson, 17. Bartolozzi, 18. Byarnason, 6. Qudmundsson, 9. Karlsson, 13. Larusson.
Ehtiyat oyunçular: 1. Blaenqsson, 2. Qudmundsson, 4. Helqason, 11. Vidarsson, 7. Kyartansson, 14
Halldorsson, 16. Hyaltested.
AZƏRBAYCAN: 1. Ağaseyid Qasımov, 3. Elməddin Məmmədov, 4. Bəhlul Mustafazadə (k), 5. Renat Ağaverdiyev, 14. Yusif Nəbiyev, 6. Sinan Avan, 7. Roman Hüseynov, 15. Berdan Yılmaz, 16. Emin Zamanov, 10. Elnur Cəfərov, 19. Benhur Kama.
Ehtiyat oyunçular: 12. Tolqa Şahin, 2. Kamran Nəsirov, 23. Elgün Uluxanov, 8. Fərid Əsədli, 9. Şahban Cəbrayılov, 21. Ozan Altın, 11. Umar Akmurzayev.
