21 sentyabr 2013 16:01
Con Toşak 6 futbolçunu Xəzər Lənkəranın məşqindən azad etdi
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində sabah Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda saat yarım ərzində əsasən futbolçuların süni örtüklü meydanda əzələlərinin davamlılığını artıracaq fiziki çalışmalar və taktiki planda hazırlıqla məşqini yekunlaşdırıb.
Zədəli futbolçu Adrian Skarlatake fərdi məşqlərlə kifayətlənib. O cümlədən bu gün əvəzedici heyətdə çıxış edəcək 6 futbolçu - Edu Oriol, Tərlan Qasımzadə, Ağabala Ramazanov, Uğur Pamuk, Kamran Abdullazadə və Elvin Mirzəyev də əsas komanda ilə birgə hazırlıqda iştirak etməyib. Xatırladaq ki, AZAL - “Xəzər Lənkəran” oyunu sabah saat 19:00-da start götürəcək.
