21 sentyabr 2013 16:12

Platini Bakıda millimiz üçün təlim-məşq bazasının təməlini qoydu (FOTOREPORTAJ)

Bu gün AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, ölkə futbol ictimayyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
 
R.Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, UEFA prezidentini növbəti dəfə Azərbaycanda görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. M.Platini öz çıxışında UEFA-nın bütün milli assosiasiyalara futbolun inkişafı prosesində dəstək verdiyini qeyd edib, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.
 
AFFA və UEFA prezidentləri milli komandaların təlim-məşq bazasının təməlini qoyub.
Ölkə və qitə futbol qurumunun başçıları AFFA Futbol Mərkəzindəki meydançada məşq edən qızlardan ibarət komandanın məşqini izləyib.
 
UEFA-nın prezidenti Mişel Platini brifinq keçirərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
 
Xatırladaq ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.
 
Tədbir iştirakçıları AFFA Futbol Mərkəzindən hazırda tikintisi davam edən Bakı Olimpiya Stadionuna gəliblər. UEFA prezidenti stadionun maketi ilə tanış olub, arenanın tikintisi ilə bağlı videoçarx izləyib. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.