21 sentyabr 2013 16:23
Simurq hazırlığını başa vurdu
Topaz Premyer Liqasının 7-ci turunda "Dalğa Arena"da "Qarabağ"ın qonağı olacaq "Simurq" artıq bu oyuna hazırlıqların tamamlayaraq istirahətə çəkilib. Azerisport.az xəbər verir ki, oyunöncəsi bir saata yaxın məşq edən "sarı-qaralar" isinmə hərəkətlərindən sonra qısa ötürəmələrdən ibarət taktiki təmrinləri yerinə yetiriblər.
3 qrupdan ibarət "kvadrat" oynadıqdan sonra isə ikitərəfli oyunla hazırlıq davam edib. Sonda isə qapıya cinahlardan asmalar və onların qapanması, qapıya zərbələrlə məşq tamamlanıb. Tam heyətlə bu görüşə hazırlaşan "Simurq", qarşılaşmanın başlama vaxtını gözləyir.
