21 sentyabr 2013 17:07
Lans yenə də xal itirdi (FOTOLAR, VİDEO)
Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa ikinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda 7-ci turda öz meydanında “Kreteil”i qəbul edib.
Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan bir xalla ayrılıb - 1:1.
Qeyd edək ki, bu nəticədən sonra “Lans” 14 xalla turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.
