21 sentyabr 2013 17:22
Böyükağa Hacıyev: Sxadadzenin Gürcüstana dönmək vaxtıdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun məsləhətçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- Çempionatın startı barədə nə deyə bilərsiz?
- Mövsüm hələ yeni başlayıb. Hər şey qarşıdadı. Komandaların çoxu qeyri-sabit çıxışı ilə seçilir. Fikrimcə, bu mövsüm daha sabit çıxış edən komanda hansı olacaqsa, o da qalib gələcək. Sürprizlər çox olacaq.

- Elnur Allahverdiyevin “Qəbələ”yə keçidinin qanunsuz olduğu iddia olunur. Siz bu barədə nə düşünürsüz?
- O, yanvar ayında “Xəzər Lənkəran”ı “İnter”ə dəyişə bilərdi. Amma indiki məqamda “Qəbələ” ilə anlaşdı. Azərbaycanlı futbolçuların taleyi onların özündən yox, klub rəhbərliyindən asılıdı.

- “Neftçi”nin məşq proseslərini sizin idarə etdiyiniz bildirilir. Bu, nə dərəcədə doğrudu?
- Bunlar hamısı şayiədi. Mən məşqçilər korpusuna heç vaxt heç bir məsləhət verməmişəm. Onlar sadəcə öz işlərini görürlər. İki il mənimlə birgə çalışdıqlarına görə nələrisə öyrəniblər. İndi qoy öz bacarıqlarını göstərsinlər.

- “İnter”in sonuncu pillədə getməsi sizi təəccübləndirmir?
- Mən həmişə demişəm ki, Sxadadze yaxşı məşqçidi. Amma o, neçənci dəfədi ki, öz emosiyalarına sahib çıxa bilmir. Onun futbol fəsləfəsi qələbə qazanmağa imkan vermir. Kaxaberə istirahət lazımdı. Fikrimcə, onun Gürcüstana qayıtmaq vaxtıdı.

- Yılmaz Vuralın Azərbaycan yığmasını çalışdıracağı barədə xəbərlər dolaşır. Onun hətta eyni zamanda “Neftçi”nin də sükanı arxasında işləyəcəyi iddia olunur...
- İnanmıram. Mənə elə gəlir ki, onun bura gəlişi başqa işlərlə bağlıdı. Komandamız məşqçi axtarmır. Əgər axtarsaydı, bundan mənim də xəbərim olardı. Biz yerli mütəxəssislərlə də titulumuzu qoruya bilirik. Belədə əcnəbi mütəxəssis nəyimizə lazımdı? Amma o, “Neftçi”ni birinci pillədən də yuxarı çıxara biləcəksə, qoy gəlsin.
- “Qəbələ” Yuri Syominin gəlişindən sonra nə dərəcədə dəyişib?
- Bu komanda çox dəyişib. Heyətə bir neçə güclü futbolçu da dəvət olunub. Daniel Subotiç xoşuma gəlir. Çox təcrübəli oyunçudu. Ona çempionatımızda oynamaq asan olmayacaq. Amma futbolçuya bir-iki oyuna görə qiymət vermək olmaz. Ən azından ona əminəm ki, Subotiç “Qəbələ” üçün “Neftçi”nin Nikolas Kanalesi ola bilməyəcək.

- Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki son oyunlarından nə gözləmək olar?
- Şimali İrlandiya Rusiyanı məğlub etməklə öz gücünü göstərdi. Rusiya da Bakıya gəzintiyə gəlməyəcək. Hər iki oyun çox çətin olacaq. Amma digər tərəfdən komandamız adətən seçmə mərhələnin son oyunlarında daha yaxşı nəticələr qazanır. Fikrimcə, bu oyunlarda da müsbət nəticə qazana bilərik.

- Əgər son iki oyunda dörd xal qazana bilsək, Berti Foqtsu postunda saxlamağa dəyər?
- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu məsələni başqaları həll edirlər. Amma mən bu oyunlarda dörd xal qazanacağımıza inanmıram. Çox ümid edirəm ki, bu proqnozumda yanılacağam. Mənə elə gəlir ki, yalnız bir xal qazanacağıq.