21 sentyabr 2013 17:46

Qəbələnin debütantı: Startda həyəcanlı idim (FOTO)

Topaz Premyer Liqasının 7-ci turunun “Rəvan”la qarşılaşması (3:0) “Qəbələ”nin gənc futbolçusu Müşfiq Teymurovun cari mövsümdə debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, start heyətində meydana çıxıb əvəzlənmədən 90 dəqiqə oyunda olan 20 yaşlı müdafiəçi Yuri Syominin rəhbərliyi altında ilk qarşılaşmasını keçirdi.
 
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Teymurov ötən ay əvəzedicilərin çempionatında keçirilən 5 turun hamısında 90 dəqiqə forma geyməklə əsas komandanın məşqçilərinin diqqətini cəlb etmişdi. Hələ ötən turun AZAL-la səfər oyununda əsas komandanın sıralarında olan Teymurov “18-liy”ə daxil edilsə də, meydana çıxmamışdı. Bu dəfə isə o, mövsümdə ilk dəfə əsas komandada meydana çıxdı.
 
Bu qarşılaşma 20 yaşlı müdafiəçi üçün əsas komandada ümumilikdə 5-ci oyun oldu. Arxa xətt oyunçusu ötən mövsüm 3 çempionat və 1 kubok qarşılaşmasında şans qazanmışdı. Premyer Liqada ötən il oktyabrın 27-də debüt edən Müşfiq “qırmızı-qaralar” evdə “Turan”a 0:1 hesabı ilə məğlub olan vaxt 90 dəqiqə meydanda olmuşdu. Bundan sonrakı 3 görüşdə isə müdafiəçi sonradan meydana daxil olub. Ötən il noyabrın 28-də “Qaradağ-Lökbatan”la matçın (2:0)  71-ci dəqiqəsində meydana çıxan futbolçu Azərbaycan kubokunda debüt edib.  Bu il aprelin 13-də “Bakı” ilə evdəki matçın (1:1) 72-ci dəqiqəsində, 8 gün sonra isə “Neftçi” ilə səfər oyununun (1:2) 87-ci dəqiqəsində meydana çıxıb.
 
"Rəvan"la matçın ardından fikirlərini klub saytına bölüşən Müşfiq startda həyəcanlı olduğunu, amma sonradan həyəcanı üzərindən atmağı bacardığını deyib. Müdafiəçi ona güvəndiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:
 
"Hər zaman əsas komandanın heyətinə düşmək üçün var gücümlə çalışmışam. "Rəvan"la matçda bu şans mənə verildi. Startda həyəcanlı idim. Amma biraz vaxt keçdikdən sonra matçın tempinə uyğunlaşdım, həyəcanı üzərimdən atdım. Necə oynadığım barədə fikir bildirməyim düzgün olmaz. Bu barədə məşqçilər heyəti qərar verəcək. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Gələcək oyunlarda da şans verilərsə, bacarığımı ortaya qoymağa hazıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.