22 sentyabr 2013 21:38
Vaqif Sadıqov: Belə oynamağa davam etsək...
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün yaxşı oynadıq. Erkən qol buraxsaq da, bərabər oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düşünürəm ki, belə oynamağa davam etsək, lazım olan xalları yığacağıq”.
