22 sentyabr 2013 21:42
Con Toşak: Rəqib oyunçunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazandığımız üçün şadam. Erkən qol vurmağımız bizi daha da ruhlandırdı. İlk hissədə rəqib oyunçunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. Qol vurduqdan sonra komandada arxayınlıq yarandı, rəqib mərkəzdə üstünlüyü ələ keçirdi. İkinci hissədə birtərəfli oyun getdi. Əsas odur ki, qol vura bildik, arxası gəldi”.
