23 sentyabr 2013 00:06
Qəbələnin (qələbə) turu və ya XL geri dönür!
Topaz Premyer Liqasında daha bir turu geridə qoyduq. Azerisport.az xəbər verir ki, 7-ci turda əksər favoritlər xal itirdiyi halda, liderlər arasında yeganə qələbə qazanan komanda olan “Qəbələ” vahid liderə çevrildi.
Hesabat turuna cümə günü keçirilən bir oyunla start verildi. “Qəbələ” doğma divarlar arasında “Rəvan”ı qəbul etdi. Qalib gələcəyi halda, bölgə təmsilçisi müvəqqəti də olsa, lider olmaq şansına malik idi. Yuri Syominin iddialı komandası bu vəzifənin öhdəsindən çox asan qələbə ilə gəldi. Üç cavabsız qolla qələbə qazanan “Qəbələ” “Rəvan”ın sonuncu pilləyə yuvarlanmasına səbəbkar oldu.
İkinci oyun günündə üç görüş baş tutdu. Ən maraqlı qarşılaşmalardan biri “Şəfa” stadionunda keçirildi. Burada iki paytaxt klubu - “İnter”lə “Bakı” üz-üzə gəldi. Geridə qalan altı oyunundan üçündə qalib gəlib, bir o qədərində də məğlub olmasına baxmayaraq, Milinko Pantiçin komandası daha inamlı çıxışı ilə seçilirdi. Bu üzdən onsuz da tarixinin ən pis dönəmini keçirən “bankirlər”in “Bakı”ya qalib gəlmək şansları yüksək qiymətləndirilmirdi. Hər halda son turda “Xəzər Lənkəran”a da uduzan “zolaqlılar”ın ardıcıl ikinci məğlubiyyətə imkan verməyəcəyini gözləmək olardı. Gözlənildiyi kimi də oldu. Lakin “zolaqlılar” iki dəfə hesabda önə keçdikləri, daha üstün futbol sərgilədikləri görüşü qələbə ilə başa vura bilmədilər. Nəticədə, ilk heç-heçəsinə imza atan “bankirlər” sonuncu pillədən qurtulmağı bacardılar.
Son çempion və çempionatın şərikli liderlərindən olan “Neftçi” bu tur “Sumqayıt”ı qəbul etdi. 5-ci dəfə qarşılaşan komandaların duelləri adətən məhsuldar alınırdı. 4 görüşdə ümumilikdə 21 qol vuran rəqiblərin matçlarında 3-dən az top vurulmurdu. “Neftçi” isə hər qarşılaşmada minimum 2 dəfə rəqib qapısına yol tapırdı. “Sumqayıt” bu oyunlardan birində “ağ-qaralar”a qalib gələ bilmişdisə, qalan görüşlərdə uduzmuşdu. Bir sözlə bu komandalar sülh tanımırdılar. Bu mövsüm də inamlı çıxışı ilə seçilən paytaxt klubunun bu rəqibini asanlıqla məğlub edəcəyini gözləmək olardı. Amma “Sumqayıt” bu oyunun ilk dəqiqələrindən məğlub olmağa hazırlaşmadığını isbatladı. Nəticədə, sona kimi qarşılaşmada hesab açılmadı. Güman ki, ötən mövsüm səfərdə 1:8 hesablı məğlubiyyətin qisasını almağı da unutmayan Aqil Məmmədovun komandası üçün bu heç-heçə də uğur kimi qiymətləndirilə bilər. Eyni zamanda bu komandalar ilk dəfə meydanı sülhlə tərk etmiş oldular.
Çempionatın digər lideri “Qarabağ” isə “Simurq”u qəbul etdi. Əvvəlki oyunlarında daha çox - 6 dəfə heç-heçə edən bu komandalar eyni sayda (5) qələbəyə malik idilər. Son 5 oyunda isə meydan sahibləri uduzmurdu. Qurban Qurbanovun komandası son oyunlardakı xal itkisini unutdurmaq üçün mütləq qələbə qazanmağı hədəfləmişdi. Amma işləri pis getməyən “Simurq”un da paytaxta uduzmaq üçün gəlmədiyi bəlliydi. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə də hesabı açan, qalib gələn olmadı. Heç-heçə isə daha çox “Qəbələ”nin işinə yaradı.
Nəhayət, turun qapanış matçında AZAL ilə “Xəzər Lənkəran” üz-üzə gəldi. “Təyyarəçilər”i 21-ci dəfə sınağa çəkən “Xəzər Lənkəran” geridə qalan matçlarda böyük üstünlüyə malik idi. Bu komanda həmin oyunlarda 12 qələbəyə sevinmişdi. AZAL cəmi 4 qələbə qazandığı halda, daha 4 qarşılaşmada da heç-heçə qeydə alınmışdı. Amma cənublular son 3 görüşdə bu komandaya qalib gələ bilmirdilər. Son turda “Bakı”nı məğlub etməklə ilk qələbə sevincini yaşayan cənub təmsilçisi uğurunun davamını gətirməyi hədəfləmişdi. Vaqif Sadıqovun yetirmələri isə son turun “Qəbələ”yə məğlubiyyətini unutdurmaq istəyirdi. Lakin bu görüş qonaq komandanın inamlı qələbəsiylə başa çatdı. İlk yarının sonlarında meydandan qovulan Oskar Klava meydan sahiblərini çətin vəziyyətdə qoydu. Məhz bundan sonra daha üstün oyun sərgiləyən qonaqların heyətində Franko Nildo keçmiş komandasının qapısından iki qol keçirərək, "Xəzər Lənkəran"a ardıcıl ikinci oyunda qələbə sevinci yaşamaq imkanı yaratdı.
Topaz Premyer Liqası
7-ci tur
Qəbələ - Rəvan – 3:0
Qollar: Daniel Subotiç, 8, Vladimir Levin, 10, Leonardo da Silva, 53-pen.
Sarı vərəqələr: Sohib Savankulov, 52 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 56 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 65 (qeyri-idman hərəkəti); Kristian Torres, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
20 sentyabr 2013. Qəbələ şəhər stadionu. 500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (36. Elnur Allahverdiyev, 46), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 61), 10. Dodo, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 42. Leonardo da Silva (22. Assis Rodriqes, 74), 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 11. Yannik Kamanan, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Rəvan: 1. Lukaş Sapela, 33. Sohib Savankulov, 21. Novruz Məmmədov, 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 20. Miloş Adamoviç, 40. Mişel Balokoq, 17. Ramazan Abbasov (k), 9. Elnur Abdulov (25. Ayaz Mehdiyev, 55), 10. Sebastyan Kastro-Tello (89. Vüsal Qarayev, 75), 14. Xuan Manuel Varea (23. Kristian Torres, 59).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Aqil Nəbiyev, 19. Hüseyn Axundov, 6. Ceyhun Cavadov.
Baş məşqçi: Vladislav Qədirov.
Qarabağ – Simurq – 0:0
Sarı vərəqələr: Maksim Medvedev, 68 (rəqibi tutduğuna görə) - Patrik Osiako, 31 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 43 (oyunun bərpasını gecikdirdiyi üçün); Tural Axundov, 63 (qeyri-idman hərəkəti); İdan Vaytsman, 72 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 89 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Draqan Çeran, 90+3 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
21 sentyabr 2013. “Dalğa Arena” stadionu. 350 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (20. Riçard Almeyda, 67), 9. Reynaldo Silva, 16. Corc Leroy (11. Nikolas Gelaşvili, 67), 17. Vüqar Nadirov (10. Muarem Muarem, 85), 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç (20. İdan Vaytsman, 52), 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran (22. Salif Ballo, 87), 15. Stepan Polyak, 18. Tural Axundov, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (7. Ruslan Poladov, 69).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 16. Məhərrəm Hüseynov, 19. Orxan Səfiyaroğlu, 30. Raul Kostin.
Baş məşqçi: Georgi Çixradze.
İnter- Bakı – 2:2
Qollar: Aleksandr İaşvili, 30, Matiya Spiçiç, 86 - Əfran İsmayılov, 7-pen; 45+1.
Sarı vərəqələr: Laşa Salukvadze, 76 (rəqibi əl ilə tutduğuna görə), İvan Benites, 88 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 90+2 (icazəsiz meydana daxil olduğuna görə) - Rauf Əliyev, 89 (qeyri-idman hərəkəti); Mario Alvares, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
21 sentyabr 2013. Bakı. “Şəfa” stadionu. 600 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavço Georgiyevski (88. Derlis Meza Kolli, 46), 7. Ruslan Əmircanov (33. Matiya Spiçiç, 38), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (22. İlço Naumoski, 72), 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 64. Elhad Nəziri.
Məşqçi: Zaur Svanadze.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Alvares, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (21. Elvin Məmmədov, 65), 11. Rauf Əliyev (22. Namiq Ələsgərov, 90), 12. Etto, 15. Alberto Noquera (10. Aleksandar Şoliç, 59), 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 16. Xavyer Junior Vilson, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Neftçi – Sumqayıt - 0:0
Sarı vərəqələr: Denis Silva Kruz, 76 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 90+2 (qeyri-idman hərəkəti) - Pərdis Fərcad-Azad, 46 (sistematik qayda pozuntusu); Adil İbrahimov, 63 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 80 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.
21 sentyabr 2013. Bakı. “Bakcell Arena” stadionu. 1500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 70), 9. Flavinyo, 14. Bahodir Nasimov (11. Melvin Platye, 24), 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 90. Ernest Nfor (10. Cavid İmamverdiyev, 57).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitrseki, 27. Məqsəd İsayev, 33. Orxan Bəşirov.
Məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (10. Ruslan Qurbanov, 82), 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov (15. Nodar Məmmədov, 90), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL – Xəzər Lənkəran – 1:3
Qollar: Cavid Tağıyev, 10 - Deyvid Sakkoni, 3, Franko Nildo, 68; 76.
Qırmızı vərəqə: Oskar Klava, 45+1 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Şahin Cəfərov.
Sarı vərəqələr: Tural Nərimanov, 24 (hakimin qərarına etiraz); Aleksandr Şemonayev, 74 (qeyri-idman hərəkəti) - ElnurAbdullayev, 89 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
22 sentyabr 2013. Bakı. “AZAL Arena” stadionu. 2500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 7. Cavid Tağıyev (2. Xuan Fransisko, 82), 8. Qərib İbrahimov (31. Şəhriyar Rəhimov, 37), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 30. Yuri Fomenko (16. Feddi Borq, 73), 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Murad Ağayev, 14. Habil Nurəhmədov, 18. Samuel Barlay.
Baş məşqçi: Vaqif Sadıqov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (8. Edu Oriol, 80), 12. Franko Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (23. Nikola Qliqorov, 88), 20. Etame Mbilla, 22. Deyvid Sakkoni (7. Sadio Tounkara, 53).
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Con Toşak.
| 1 | Qəbələ | 7 | 5 | 0 | 2 | 13 | 7 | +6 | 15 |
| 2 | Qarabağ | 7 | 4 | 2 | 1 | 11 | 4 | +7 | 14 |
| 3 | Neftçi | 7 | 4 | 2 | 1 | 10 | 5 | +5 | 14 |
| 4 | AZAL | 7 | 4 | 0 | 3 | 8 | 10 | –2 | 12 |
| 5 | Simurq | 7 | 3 | 2 | 2 | 7 | 6 | +1 | 11 |
| 6 | Bakı | 7 | 3 | 1 | 3 | 15 | 7 | +8 | 10 |
| 7 | XL | 7 | 2 | 3 | 2 | 6 | 7 | –1 | 9 |
| 8 | Sumqayıt | 7 | 1 | 2 | 4 | 5 | 12 | –7 | 5 |
| 9 | İnter | 7 | 1 | 1 | 5 | 13 | 15 | –2 | 4 |
| 10 | Rəvan | 7 | 1 | 1 | 5 | 3 | 18 | –15 | 4 |
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı), Əfran İsmayılov (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq), Leonardo da Silva (Qəbələ), Franko Nildo (Xəzər Lənkəran).
