22 sentyabr 2013 11:14
Land of fire Azerbaijan ilə ardıcıl 5-ci qələbə (FOTOLAR)
Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın rəsmi tərəfdaşı, “Land of fire Azerbaijan” formalı “Atletiko” klubu da növbəti matçına çıxıb.
Madrid təmsilçisi səfərdə “Valyadolid”lə üz-üzə gəlib. “Atletiko” bu rəqibindən də üstün olub - 2:0.
Qeyd edək ki, Madrid klubu bu nəticədən sonra topladığı maksimum – 15 xalla “Barselona” kimi turnir cədvəlinin ilk pilləsini paylaşır.
İspaniya La Liqası
5-ci tur
21 sentyabr
Valyadolid - Atletiko - 0:2
Qollar: Qarsiya, 56, Kosta, 72.
