23 sentyabr 2013 20:55

Azərbaycan Avstriyaya da uduzdu (YENİLƏNİB)

Avstriyada 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 1-ci qrupun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi də növbəti oyununa çıxıb.
 
Millimiz bu dəfə meydan sahibi olan avstriyalılarla üz-üzə gəlib. Patrisia Qonsalesin yetirmələrinin bu dəfə nəyə nail olacağı maraqla gözlənilirdi. Təəssüf ki, komandamız bu görüşdən də məğlub ayrılıb.
 
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda xorvatlarla üz-üzə gəlmiş və 1:3 hesablı məğlubiyyətlə üzləşmişdi. Avstriya yığması isə startda İsraili 8:0 hesabıyla darmadağın etmişdi.
 
Qeyd edək ki, bu gün qrupun digər oyununda Xorvatiya İsraillə qarşılaşıb. Xorvatlar böyük hesabla qalib gəliblər - 5:0.
 
AÇ-2014-ün seçmə mərhələsi
1-ci qrup
23 sentyabr
 
Avstriya - Azərbaycan - 2:0 (2:0)
Qollar: Hasler, 31, Bauer, 42.
Baş hakim: Donka Yeleva-Terziyeva (Bolqarıstan)
Trumau. “Sportzentrum” stadionu.
 
Avstriya: 1. Pal, 3. Vurzinger, 4. Hasler, 15. Mayerhofer, 16. Krammer, 17. Çarvat, 9. Bauer, 13. Sottner (7. Qatea, 62), 18. Mahr, 11. Billa (k), 14. Şvartsmüller (12. Leytner, 46).
Ehtiyat oyunçular: 21. Lixtenberger, 8. Ehold, 5. Kuba, 6. Kohn, 10. Stokinger.
Baş məşqçi: İrene Fuhrmann
Azərbaycan: 1. Şərifova, 3. Perarnau, 6. İltər, 7. Heydərova (k), 17. Şioşvili (18. Taylor, 69), 5. Danqadze, 9. Ronaqi, 10. Cəlilli, 13. Əliyeva, 11. Nəsirova, 14. Anaya (8. Vəliyeva, 46).
Ehtiyat oyunçular: 12. Hülya Cin, 15. Məmmədova, 16. Hillebrand, 4. Bağırova.
Baş məşqçi: Patrisiya Qonsales.
 
1 Avstriya 2 2 0 0 10 0 10 6
1 Xorvatiya 2 2 0 0 8 1 7 6
1 Azərbaycan 2 0 0 2 1 5 -4 0
1 İsrail 2 0 0 2 0 13 -13 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.