23 sentyabr 2013 19:42

Millimiz Rusiyaya məğlub oldu (YENİLƏNİB)

Volqoqradda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 10-cu qrupun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
 
Millimiz bu dəfə meydan sahibi rusiyalılarla üz-üzə gəlib. Nikolay Adamın yetirmələrinin bu dəfə nəyə nail olacağı maraqla gözlənilirdi. Təəssüf ki, komandamız bu görüşdən məğlub ayrılıb.
 
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda İslandiya ilə üz-üzə gəlmiş və 3:3 hesablı heç-heçə ilə kifayətlənmişdi. Rusiya isə Slovakiyanı 2:1 hesabıyla məğlub etmişdi.
 
Qeyd edək ki, bu gün qrupun digər oyununda meydan sahibi İslandiya Slovakiya ilə qarşılaşıb. İslandlar 4:2 hesabıyla üstün olublar.
 
AÇ-2014-ün seçmə mərhələsi
10-cu qrup
23 sentyabr
 
Rusiya – Azərbaycan - 1:0 (1:0)
Qol: Obolski, 6 (1:0).
Baş hakim: Mixael Tikqaard (Danimarka).
Volqoqrad. Olimpiya stadionu.
 
Rusiya: 1. Suxoruçenko, 3. Evtuşenko, 4. Raxmonov, 5. Skopintsev, 17. Krasilniçenko, 6. Yamşikov (k), 7. Kipiani, 8. Poluboyarinov, 15. Obolski, 16, Proniçev (10. Nikulin, 41), 19, Koblov (11. Qordeçuk, 66).
Ehtiyat oyunçular: 12. Zlobin, 2. Mamin, 18. Arslanov, 14. Melkadze, 9. Krivopalov.
Baş məşqçi: Aleksandr Şmarko.
Azərbaycan: 1. Ağaseyid Qasımov, 3. Elməddin Məmmədov, 4.Bəhlul  Mustafazadə (k), 5. Renat Ağaverdiyev, 14. Yusif Nəbiyev, 6. Sinan Avan, 7. Roman Hüseynov (15. Berdan Yılmaz, 41), 8. Fərid Əsədli (23. Elgün Uluxanov, 80+2), 9, Şahban Cəbrayılov, 10. Elnur Cəfərov, 19. Benhur Kama (11. Umar Akmurzayev, 71).
Ehtiyat oyunçular: 12. Tolqa Şahin, 2. Kamran Nəsirov, 16. Emin Zamanov, 21. Ozan Altın.
Baş məşqçi: Nikolay Adam.
 
1 Rusiya 2 2 0 0 3 1 +2 6
2 İslandiya 2 1 1 0 7 5 +2 4
3 Azərbaycan 2 0 1 1 3 4 -1 1
4 Slovakiya 2 0 0 2 3 6 –3 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.