22 sentyabr 2013 11:47

“Xəzər Lənkəranın nəticəsi əsl faciədi”

“Simurq”un sabiq baş məşqçisi, bu yaxınlarda Gürcüstanın Birinci Liqa klubu “Quria”nın sükanı arxasına keçən ukraynalı təcrübəli mütəxəssis Roman Pokoranın azerisport.az saytına müsahibəsi
 
- Sizin yeni klubla müqavilə imzaladığınızı eşitdik. Bu, doğrudu?
- Bəli. Artıq bir neçə gündü “Quria”da çalışıram. Beş turdan sonra komanda cəmi iki qələbə qazana bilib, 9-cu pillədə qərarlaşıb. Bundan öncə isə “Xarkov”da çalışırdım.
 
- “Quria” sovet dönəmində daha məşhur olsa da, indi hamı onu unudub...
- Hələ komandanı cəmi bir məşqə çıxarmışam. Ona görə də bu klub barədə nəsə deməyə çətinlik çəkirəm. Amma qarşıma klubun əvvəlki imicini geri qaytarmaq hədəfi qoyulub.
 
- Bu yolda hansı addımları atmağı düşünürsüz?
- Heyətdə əsasən gürcüstanlı futbolçular yer alırlar. Amma mən heyəti 3-4 legionerlə gücləndirməyi düşünürəm. Hədəf avrokuboklara çıxmaqdan ibarətdi.

- Özünüzü yenidən Azərbaycan futbolunda sınamağı arzulamırsız?
- Etiraz etməzdim. Amma məni ora çağıran yoxdu. “Simurq”da keçirdiyim illəri hələ də məmnuniyyətlə xatırlayıram. Komandanı sıfırdan yaratdıq, üçüncü yerə qalxdıq, avrokuboklarda oynadıq. Əlbəttə, İsrail klubu ilə uğursuz oynadıq. Hər halda maraqlı debüt alındı.
 
- İllər öncə sizin “Bney-Yehuda”ya məğlubiyyətinizi (0:1, 0:3) çoxları böyük uğursuzluq kimi qiymətləndirirdi. Amma bu mövsüm “Xəzər Lənkəran” Hayfa “Maccabi”sinə daha biabırçı hesablarla uduzdu – 0:2, 0:8...
- Bilmirdim. Bu, faciədi.
 
- Çempionatımızı izləyirsiz?
- Əksər çempionatlar kimi, Azərbaycan birinciliyini də izləyirəm. Əlbəttə, “Simurq”a xüsusi münasibət var. Bu komandanı həmişə liderlər qrupunda görmək istəyirəm. Bilirəm ki, məndən sonra orda Sergey Yuran çalışsa da, uğursuzluqla üzləşdi. Daha sonra komandanı Georgi Çixradze götürdü. Son mövsümdə pis çıxış etmədilər, dördüncü oldular. Məncə, indi də elə eyni səviyyədə çıxış edirlər. Komandada yaxşı futbolçular cəmləşib.
 
- “Quria”nı da “Simurq”la müqayisə etmək olar?
- Əgər “Simurq”dakı yolumu bu komandada da təkrarlasam, buna hamı yalnız sevinəcək. Mən özüm bunu çox istəyirəm. Çünki bura məhz ona görə dəvət olunmuşam ki, klubu yeni səviyyəyə qaldırım, avrokuboklarda oynayaq.
 
- Azərbaycana gəlməyə hazırlaşmırsız?
- Əgər qonaq çağırsalar, gələrəm (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.