22 sentyabr 2013 12:15

Quliyevin yeni baş məşqçisi müəyyənləşdi (FOTO)

Türkiyənin “Kahramanmaraşspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Yılmaz Özlem çalışdıracaq.
 
Qeyd edək ki, son turdakı məğlubiyyətdən sonra “Kahramanmaraşspor” Besim Durmuşla yollarını ayırmışdı. Komandanın geridə qalan turlarda cəmi 1 xal toplaması və sonuncu pillədə getməsi rəhbərliyin yeni baş məşqçi axtarışına çıxmasını labüd etmişdi. Artıq yeni baş məşqçi Yılmaz Özlem olacaq. Onunla rəsmi müqavilə də imzalanıb. Klub prezidenti Ferudun Kolat keçmiş futbolçu olan Özlem ilə daha böyük uğurlar qazanacaqlarına inamını ifadə edib.
 
Artıq yeni baş məşqçi “Kahramanmaraşspor”da işə başlayıb. Bütün komanda üzvləri ilə tanış olduqdan sonra o, futbolçuları psixoloji cəhətdən hazırlamağa xüsusi önəm verir. Bu gün “Orduspor”la qarşılaşacaq Kahramanmaraş təmsilçisi uğursuz gedişata son qoymağa və yeni baş məşqçisinin debüt matçında müsbət nəticə qazanmağa çalışacaq.
 
Qeyd edək ki, “Kahramanmaraşspor”da azərbaycanlı futbolçu Fərid Quliyev də çıxış edir. Besim Durmuşun dəvəti ilə bu kluba keçən, lakin onun rəhbərliyi altında o qədər də çox forma şansı qazanmayan futbolçumuzun yeni baş məşqçinin dövründə hansı aqibəti yaşayacağı maraq doğurur. Onun bu gün millimizin hücumçusu Branimir Subaşiçin forma geydiyi “Orduspor”la görüşdə meydana çıxıb-çıxmayacağı isə sual altındadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.