22 sentyabr 2013 15:39

Əfran İsmayılov: İnterlə oyunda Bakı 2 xal itirdi

“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”lə oyun (2:2) barədə nə deyə bilərsiz?
- Çətin oyun alındı. “İnter” indi turnir cədvəlində layiq olduğu yerdə qərarlaşmıayıb. Ona görə də onlar bizi məğlub etməyi çox istəyirdilər. Düzdü, rəqib bu gün çox yaxşı oynadı. Amma istənilən halda biz bu gün xal itirdik.
 
- Baş məşqçiniz Milinko Pantiç bu dəfə də hakimlikdən narazılıq etdi. Onun sözlərinə görə, ikinci qol zamanı yan xətt hakimi qayda pozuntusu qeydə alsa da, baş hakim bunu nəzərə almadı...
- Düzünü deyim ki, mənim həmin epizodu görmədim. Çünki oyunu izləmirdim. Ona görə də heç nə deyə bilmərəm. Həmin vaxt həkimlər müayinə edirdilər. Hələ oyundan əvvəl ayağımda ağrı var idi. Ümumiyyətlə, oynamamalıydım. Amma son anda oynayacağıma qərar verildi. Gördüyünüz kimi, zədə sözünü dedi və sona kimi meydanda qala bilmədim.
 
- Amma zədəli də olsaz, iki qol vurdunuz...
- Əsas iki qol vurmağım yox, komandamın uğur qazanmasıdı. Özü də bu qolları oyundan yox, standart vəziyyətlərdən vurdum. Təbii ki, qol vurmaq da xoşdu.
 
- Zədəniz nə dərəcədə ciddidi?
- Hələ necə olacağını bilmirəm. Bu gün müayinə olunmalıyam. Hər şeyə ondan sonra aydınlıq gələcək. Amma yaxşı ki, ağrılar əvvəlki kimi çox deyil. Fikrimcə, “Sumqayıt”la oyuna kimi bərpa olacağam.
 
- Yeddi turdan sonra altıncı pillədəsiz. Komandanızın çıxışını necə qiymətləndirirsiz?
- Əlbəttə, nəticə daha yaxşı ola bilərdi. Amma bu, hələ mövsümün əvvəlidi. Bütövlükdə, yaxşı oynayırıq. Komandada yaxşı atmosfer var. Hər şey zamanla öz yerini tapmalıdı.
 
- Növbəti turda sizi “Neftçi”dən xal alan “Sumqayıt”la oyun gözləyir...
- “Sumqayıt” ciddi rəqibdi. Komanda turnir cədvəlinin alt pillələrində yer alsa da, ona zəif rəqib gözü ilə baxmaq olmaz. İndi ümumiyyətlə zəif rəqib yoxdu. Bunu onların “Neftçi” ilə heç-heçəsi də sübut etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.