23 sentyabr 2013 18:14
“Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu”
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, son turun “Sumqayıt”la oyunu barədə fikirlərini bildirib:
“Sumqayıt”ı məğlub edə bilmədiyimiz üçün məyusam. Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu. O epizodlardan birini qola çevirsəydik ardı gələcəkdi. Rəqib sona kimi bütün komanda ilə müdafiə olundu. Qarşıda bizi növbəti çətin oyun gözləyir. Həftə sonu “Qarabağ”ı qəbul edəcəyik. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.
