23 sentyabr 2013 15:28
“Toşakla müqayisədə Yuri Syominlə çalışmaq mənim üçün daha rahatdı”
“Qəbələ”nin yeni transferi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- “Rəvan”la oyunda “Qəbələ”də debüt matçınızı keçirdiniz. Nə deyə bilərsiz?
- Şadam ki, “Qəbələ”dəki ilk matçımda yeni komandam qələbə qazandı. Məni ikinci hissədə meydana buraxdılar. Fikrimcə, oyunumuzu pozmadım. Bu komandada cəmi iki məşqə çıxmışdım. Ona görə bu turda debüt edəcəyimə o qədər də ümidli deyildim. Bu, məşqçilər korpusu tərəfindən bir risk idi. İlk oyun üçün pis olmadı. Deməli, mənə güvənirlər. Yuri Syomin də ilk görüşümüzdə mənə inandığını söyləmişdi. O, komandaya faydalı olacağıma inanır. Baş məşqçinin etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm.

- Deyəsən, yeni komandanızdakı hər şeydən razı görünürsüz?
- Elədi ki, var. Burda məni hər şey qane edir. Məşqçilər korpusu, şərait, meydançalar. Hiss olunur ki, burda çox yaxşı komanda yaratmaq üçün hər şey edilir.

- Lənkəranda bunlar yox idi?
- Burda hər şey daha fərqlidi. Futbolçuya ilk növbədə nə lazımdı? Yaxşı, keyfiyyətli meydançalar. Qəbələdə bu baxımdan heç bir problem yoxdu. Heç kimə sirr deyil ki, bu iki klubun şəraiti ciddi şəkildə fərqlənir. Məsələn, “Qəbələ”nin yeddi məşq meydançası var. Hamısı da ideal səviyyədədi.

- Con Toşakla Yuri Syomini də müqayisə edə bilərsiz?
- Bəli (gülür). Siz bunu istəyirsiz?
- Bəli (gülür). Siz bunu istəyirsiz?
- Siz onların hər ikisiylə işləməyə imkan tapan ilk futbolçulardansız...
- Syomində Toşakda olmayan bəzi şeylər var. Rusiyalı mütəxəssis futbolçudan meydanda qaçmağı, sona qədər mübarizə aparmağı tələb edir. Toşak kimi məşqçilər isə, bunu bir qədər yumşaq formada deyirlər. Syomin mənim manerama daha yaxın olan tərzdə çalışır. Sərt mütəxəssislə çalışmaq mənə daha xoşdu. Bu, Syominin əsas üstünlüklərindəndi.
- Komandanızı dəyişməklə xoşbəxtliyin qapısını açdığınızı demək olar? Axı sonuncu pillələrdə gedən komandanı tərk etdiyiniz halda, indi zirvədə qərarlaşan “Qəbələ”dəsiz...
- Mənə elə gəlir ki, komandamız hələ birinci pilləyə çıxa bilməmişdi. Buna nail olduğumuz üçün şadam və ümid edirəm ki, burda uzun müddət qalacağıq. Amma buna görə arxayınlaşmaq olmaz. “Qarabağ”la “Neftçi” çox yaxındı. Hər oyuna ciddi yanaşmalıyıq ki, xal itirməyək.
- “Qəbələ” digər favoritlərlə rəqabət apara biləcək gücdədi?
- “Qəbələ”nin heyəti Premyer Liqada ən yaxşılardandı. Ola bilər səhv edirəm. Amma bu, mənim şəxsi fikrimdi. “Qəbələ” əvvəlki mövsümlərdə də iddialı idi. Sadəcə, öz istəyinə çata bilmirdi. Bu mövsüm isə həlledici olmalıdı. Komandada böyük istək var. İndidən “Qəbələ”nin çempion olacağını deyə bilmərəm. Amma bunun üçün yaxşı şansımız var və bu şansdan maksimum yararlanmağa çalışacağıq.