23 sentyabr 2013 16:54
Mahir Şükürov: Sadəcə bəxtimiz gətirmədi
“Neftçi”nin futbolçusu Mahir Şükürov klubun rəsmi saytına açıqlamasında “Sumqayıt”la oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Sumqayıt”la görüşdə belə nəticə gözləmirdim. Qalib gəlsəydik ilk pilləyə yüksələcəkdik. Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, sadəcə bəxtimiz gətirmədi. Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk”.
