23 sentyabr 2013 17:12
Bahodir Nasimovdan son xəbər
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” oyununda zədələnərək əvəzlənmiş Bahodir Nasimov həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, onun gələcək günlərdə komanda ilə hazırlığa qatılacağı gözlənilir.
