23 sentyabr 2013 17:31
Rəşad Sadiqov: Əgər vaxtında bir qol vursaydıq, tam fərqli oyun və hesab olacaqdı
“Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında “Sumqayıt”la oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu oyunda qalib gələ bilmədiyimizə görə çox təəssüflənirəm. Çoxsaylı qol imkanlarından yararlana bilmədik. Halbuki böyük hesablı qələbə qazana bilərdik. Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur. Qol gəlmədikcə onlar daha da qapanırlar. Əgər vaxtında bir qol vursaydıq, tam fərqli oyun və hesab olacaqdı. Azarkeşlərimizə səslənmək istəyirəm ki, məyus olmasınlar, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk”.
