24 sentyabr 2013 18:07

Adrian Skarlatake: Xəzər Lənkəranın İnterə uduzmaq fikri yoxdu

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin azerisport.az saytına müsahibəsi
 
- “Bakı” üzərindəki qələbənin ardından AZAL-a da qalib gəldiniz. “Xəzər Lənkəran” geri dönür?
- Qələbə bizə çox yaxşı təsir etdi. İndi bu uğurumuzu daha da inkişaf etdirmək istəyirik. Matç özü çox da asan alınmadı. Xüsusilə də birinci hissə. Amma sonda üç xal qazana bildik.
 
- Növbəti turda sizi çempionatın əsas uğursuzlarından olan “İnter”lə görüş gözləyir...
- “İnter” də pis komanda deyil. Düzdü, onlar da mövsümə bizim kimi, çox pis paşlayıblar. Amma onlara qarşı oynamaq həmişə çətindi. Yadımdadı, ötən mövsüm onlara evdə uduzmuşduq. Bu dəfə isə eyni səhvlərə yol vermək fikrimiz yoxdu.
 
- Uğursuzluğa son qoymaq istəyən komandaya qalib gələcəyinizə əminsiniz?
- Başa düşürəm ki, çox çətin olacaq. Amma ardıcıl iki oyundu qalib gəlirik. Arxayınlaşmamağımız vacibdi.
 
- Komandanız Avroliqadakı uğursuzluğu artıq tam unuda bilib?
- Bəli. Avrokuboklardan sonra çox pis idi. Faciəvi çıxış edirdik. Amma yenicə ayaq üstə durmağa başlamışıq. Uduzduğumuz oyunlarda da pis çıxış etməmişdik. Sadəcə, ilk günlərdə bəxtimiz gətirmirdi. Məsələn, “Simurq” və “Sumqayıt”la oyunlarda çoxlu qol vəziyyətləri yaratdığımız halda, istəyimizə çata bilmədik. Halbuki, həmin görüşləri qalib başa vurmağa borclu idik.
 
- Bu mövsümdən 10 komandanın dörd dövrədə yarışmasına münasibətiniz necədi?
- Fikrimcə, indiki daha yaxşıdı. İndi biz “Neftçi”, “Qarabağ” və digər komandalara qarşı dörd dəfə oynamalı olacağıq. Bu, çox yaxşıdı. Amma klubların sayı daha çox ola bilərdi.
 
- Ötən mövsüm siz müdafiədə çıxış etsəz də, qollar da vururdunuz. Amma bu mövsüm hələ buna nail ola bilməmisiz...
- Elədi. Bu mövsüm də qol şanslarım olub. Amma onları dəyərləndirə bilməmişəm. Əsas odu ki, belə şanslar olur. Bu, yaxşı əlamətdi.
 
- Mövsümə uğursuz başlasaz da, artıq liderlər qrupundan çox da uzaqda deyilsiz...
- Qarşıdakı turda “Neftçi” “Qarabağ”la oynayacaq. Ona görə də liderlər də xal itirəcəklər. Biz də qələbə qazansaq, deməli, onlara daha da yaxınlaşmış olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.