24 sentyabr 2013 19:15
Zaqatala stadionunun yeni qazonu (FOTOREPORTAJ)
Bir müddətdi ki, Zaqatala şəhər stadionunda yenidənqurma işləri davam edir. Azerisport.az xəbər verir ki, artıq meydançaya Hollandiyanın “Edel Qras” şirkətinin FİFA-nın 2 ulduzlu standartlarına cavab verən yeni süni ot örtüyünün döşənilməsi prosesi başa çatıb. Bu həftədən isə xəttlərin çəkilməsi və tamamlama işləri yerinə yetiriləcək.
Qeyd edək ki, “Simurq”un stadionunda yenidənqurma işlərini Bolqarıstanın "Dinamik Resurs" şirkəti aparır.
Əsasda işlər tamamlanandan sonra, ehtiyat meydançaya da yeni süni ot örtüyü döşənəcək. Köhnə örtükdənsə Zaqatalanın böyük kəndlərinin ərazisində yeni meydançalar salınacaq. Bunlarla yanaşı stadionun texniki sahələri də təmir edilib. Paltardəyişmə və digər texniki otaqlarda yenilənmə işləri görülüb.
