24 sentyabr 2013 19:36
Xəzər Lənkəran - İnter matçının keçirilmə yeri dəyişdirildi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 8-ci turun bir oyunun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Xəzər Lənkəran” – “İnter” oyunu 26 sentyabr tarixində Lənkəran şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Oyun saat 16:00-da start götürəcək.
