24 sentyabr 2013 19:58
Birinci Divizionun təqvimində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “Neftçala” və “Lokomotiv” klubları arasında 28 sentyabr tarixində keçirilməli olan oyun 29 sentyabrda “Bakı”nın təlim-məşq bazasında baş tutacaq.
Buna səbəb N.Nərimanov adına Neftçala şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidi. Bu komandalar arasında ikinci dövrənin 29-cu turunun “Lokomotiv” – “Neftçala” oyunu isə N.Nərimanov adına Neftçala şəhər stadionunda baş tutacaq.
