24 sentyabr 2013 11:33
Millimizin oyunlarına bilet satışı davam edir (FOTOLAR)
Xəbər verdiyimiz kimi, sentyabrın 20-dən etibarən AFFA yeni kampaniyaya start verib. Azerisport.az xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçiriləcək.
Bu qarşılaşmalar üçün satılan biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaq. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq (Biletlərin qiyməti ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz).
Qeyd edək ki, biletləri "Bakcell Arena"nın kassalarından, Park Bulvar Alış-Veriş və 28 Mall Ticarət Mərkəzlərindən ala bilərsiniz.
|
Kateqoriyalar |
Azərbaycan - Şimali İrlandiya (tək bilet) |
Azərbaycan - Rusiya (tək bilet) |
Azərbaycan - Şimali İrlandiya Azərbaycan - Rusiya (2 oyuna bir bilet ) |
|
1-ci kateqoriya
|
6 AZN
|
10 AZN
|
12 AZN
|
|
2-ci kateqoriya
|
4 AZN
|
8 AZN
|
10 AZN
|
|
VİP
|
50 AZN
|
100 AZN
|
---
|
