24 sentyabr 2013 11:45
Arif İsayev və Saşa Yunisoğlu baş məşqçisiz qaldı
Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin "Tekden Dənizlispor" klubunda baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, Dənizli təmsilçisiSərdar Dayatla yollarını ayırıb.
Türkiyə PTT Birinci Liqasında "Ankaraspor"a 0:4 hesablı məğlubiyyətin ardından rəhbərlik Dayatla görüşüb. 6 oyundan 1 qələbə və 1 bərabərlik əldə edən Dayatın istefasına qərar verilib.
Qeyd edək ki, bu, Dənizli klubunda bu mövsümkü ikinci istefadı. Komandanı bundan sonra kimin çalışdıracağı hələlik bilinmir.
Qeyd edək ki, bu, Dənizli klubunda bu mövsümkü ikinci istefadı. Komandanı bundan sonra kimin çalışdıracağı hələlik bilinmir.
