24 sentyabr 2013 11:58

Xəzər Lənkəranın 5 aydan sonra gələn 75-ci qələbəsi

“Xəzər Lənkəran” səfərdə qələbəsiz oyunlar seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 7-ci turunun oyununda Bakıda AZAL-ı 3:1 hesabı ilə məğlub edən “ağ-yaşıllar” 169 gündən sonra rəqib meydanında 3 xal qazanıb.
 
Sonuncu dəfə aprelin 6-da “Kəpəz”i 2:1 hesabı ilə yenən komanda ötən çempionatın 25-ci turundan sonra səfərdə qələbəyə həsrət idi. Ötən çempionatın son 3 səfər matçını da, cari mövsümün ilk 3 rəqib meydanındakı oyununu da qələbəsiz başa vuran “Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal görüşü və 2 avrokubok görüşünü də rəqib meydanından qələbəsiz dönmüşdü. Bu 9 oyunluq seriyada 3 heç-heçəsi olan Con Toşakın yetirmələri 6 dəfə uduzmuşdu.
 
AZAL üzərində qələbə həm 169 günlük seriyanı dayandırdı, həm də klub tarixində yubiley – 75-ci səfər qələbəsi oldu. Belə ki, bu matçadək 74 qələbəsi olan “Xəzər Lənkəran” 171-ci dəfə rəqib meydanına çıxmaqla yubiley uğuruna nail idi. Bu 75 qələbədən 59-u çempionat, 15-i Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.
 
Bu dəfəki 3 xal Con Toşakın rəhbərliyi altında 2-ci səfər qələbəsidir. 75 belə nəticədən 30-u Ağasəlim Mircavadov, 17-si Rasim Kara, 9-u Mirça Rednik, 4-ü Viktor Pasulkonun baş məşqçiliyi vaxtına təsadüf edib. Nazim Süleymanov, Cüneyt Biçər, Yunis Hüseynovun hərəsi ilə 3, İqor Ponomaryovla 2, Karles Bakes və Emin Quliyevlə 1 səfər qələbə var.
 
Tarixi səfər qələbələri:
 
1-ci 19.09.2004 Karvan (Yevlax) - Xəzər Lənkəran – 0:1 (çempionat)
25-ci 02.12.2006 Bakılı (Bakı) - Xəzər Lənkəran – 0:3 (kubok)
50-ci 11.11.2009 Muğan (Salyan) - Xəzər Lənkəran – 0:1 (kubok)
75-ci 22.09.2013 Azal (Bakı) - Xəzər Lənkəran – 0:1 (çempionat)
 
Qeyd edək ki, “Xəzər Lənkəran” ötən tur 100-cü ev qələbəsini qazanmışdı. Ümumilikdə isə 181 dəfə qalib gələn komanda daha 6 dəfə neytral meydanlarda sevinib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.