24 sentyabr 2013 12:21

Xəzər Lənkəran: 550-ci qol və 84-cü qolçu

“Xəzər Lənkəran” tarixində 550-ci qolu vurub. Azerisport.az xəbər verir ki, bu top Topaz Premyer Liqasının VII turunun AZAL-la qarşılaşmasına təsadüf edib. Oyunda komandasının 2-ci qoluna imza atan Junior Nildo klub tarixində 550-ci topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 550-ci qolunu 354-cü matçında vurub. Yubiley qolundan sonra daha 1 dəfə rəqib qapısına yol tapan Nildo bu rəqəmi 551-ə çatdırıb. Bu qollardan 404-ü Premyer Liqada, 120-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda qeydə alınıb. Maraqlıdır ki, ardıcıl 3-cü dəfədir yubiley qolu sentyabr ayına tsəsadüf edir. 450-ci və 500-cü qollar son 2 ilin sentyabrnda vurulmuşdu.
 
2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 551 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 2 ilklə də əlamətdar oldu.
 
AZAL-la oyunda hesabı açan Deyvid Sakkoni klub tarixində qol sevinci yaşayan 84-cü oyunçu kimi tarixə düşdü. Ağ-yaşıl formada ilk dubluna imza atan Nildo isə bunu bacaran 37-ci “Xəzər Lənkəran”lı oldu. Bu 37 futbolçu ümumilikdə 68 dəfə 1 oyuna 2 qol vurub.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” ötən tur Premyer Liqa oyunlarında yubiley – 400-cü qolunu vurmuşdu.
 
1
2
3
4
5
6
7
8
1
Çöri İlir (Albaniya)
çempionat
Turan
s
1:1
07.08.2004
26
50
Oqtay Dərəlioğlu(Türkiyə)
çempionat
MOİK
s
1:0
12.04.2005
40-p
100
Xaqani Məmmədov
çempionat
Olimpik
e
1:0
12.02.2006
78
150
Vüqar Nadirov
Kubok,1/8
Bakılı
e
4:0
20.11.2006
90+1
200
Zaur Ramazanov
Çempionat
Masallı
s
3:0
18.08.2007
88
250
Zaur Ramazanov
Birlik kuboku,final
Paxtakor (Özbəkistan)
n
4:3
27.01.2008
43
300
Klaudiu Radukanu (Rumıniya)
Kubok,1/8
NBC (indiki Muğan)
e
3:0
30.10.2008
23
350
Mario Souza (Braziliya)
Kubok, 1/8
Muğan
e
3:0
04.11.2009
53
400
Uinston Parks (Kosta-Rika)
Çempionat
Turan
e
2:0
23.10.2010
7
450
Adrian Pit (Rumıniya)
Çempionat
Qarabağ
s
1:0
17.09.2011
42
500
Saduo Tounkara (Mali)
Çempionat
Neftçi
s
1:2
15.09.2012
8
550
Junior Nildo (Braziliya)
Çempionat
AZAL
s
3:1
22.09.2013
68
 
1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.