25 sentyabr 2013 00:43

Andrey Popoviç Türkiyə Kubokunda oynadı, komandası penaltilərlə mərhələ adladı

Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, “Tavşanlı Linyitspor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.
 
Sözügedən komanda “Dardanelspor”la qarşılaşıb. Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç də bu görüşün iştirakçısı olub. PTT Birinci Liqa matçlarında ehtiyatda qalan futbolçumuz nəhayət kubok oyununda yeni komandasında debüt edə bilib. Çempionatda daha çox əsas heyətdə meydana çıxan millimizin sabiq müdafiəçisi Usim Nduka isə bu görüşə 59-cu dəqiqədə qoşulub və sona kimi meydanda olub.
 
Oyuna gəlincə, 90 dəqiqə qolsuz tamamlanıb. Əlavə vaxtda da qol vurulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Bu mübarizədən futbolçularımızın komandası qalib ayrılıb – 6:5. Nəticədə, “Tavşanlı Linyitspor” adını Türkiyə Kubokunun 3-cü turuna yazdırıb.
 
Türkiyə Kuboku
2-ci tur
24 sentyabr
 
Tavşanlı Linyitspor – Dardanelspor – 0:0 (penaltilərlə 6:5)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.