24 sentyabr 2013 13:46
Xəzər Lənkəranın futbolçusuna 1 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərində arasında təşkil olunan ölkə çempionatının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
AZAL – “Xəzər Lənkəran” matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
