25 sentyabr 2013 19:00
Quliyev oynamadı, komandası 3-cü tura yüksəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Kahramanmaraşspor” klubu da bu mərhələdə qüvvəsini sınayırdı.
Sözügedən komanda “Tosya Belediyespor”la qarşılaşıb. Görüş həmyerlimizin komandasının asan qələbəsi ilə başa çatıb.
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyevin də bu oyunda iştirakı istisna deyildi. Lakin təəssüf ki, o, ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, bir oyundan ibarət bu mərhələdə qalib gələn komanda adını Türkiyə Kubokunun 3-cü turuna yazdırıb.
Türkiyə Kuboku
2-ci tur
25 sentyabr
Kahramanmaraşspor - Tosya Belediyespor - 3:0
