26 sentyabr 2013 00:25
Davud Kərimi debüt etdi, komandası kubokda mərhələ adladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Fethiyespor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.
Sözügedən komanda “Kızılcabölukspor”la qarşılaşıb. Görüşdə hesabı aşağı dəstə təmsilçisi açsa da, "Fethiyespor" bundan sonra üç qol vuraraq əzmkar qələbə qazanıb.
“Fethiyespor”da çıxış edən azərbaycanlı qapıçı Davud Kəriminin də bu oyunda iştirakı istisna deyildi. Baş məşqçi Mustafa Ceviz PTT Birinci Liqa oyunlarında ehtiyatda saxladığı həmyerlimizi nəhayət ki, bu görüşdə əsas heyətdə meydana buraxıb. O, sonadək meydanda olub və komandasının mərhələ adlamasında pay sahibinə çevrilib.
Qeyd edək ki, bir oyundan ibarət bu mərhələdə qalib gələn "Fethiyespor" adını Türkiyə Kubokunun 3-cü turuna yazdırıb.
Türkiyə Kuboku
2-ci tur
25 sentyabr
Fethiyespor – Kızılcabölukspor - 3:1
