24 sentyabr 2013 14:17
Maksim Medvedev: Hakim səhvləri bizi özümüzdən çıxarırdı
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- “Simurq”la oyun gözlədiyinizdən ağır keçdi?
- “Simurq”un necə yaxşı komanda olduğu hər kəsə aydındı. Bilirdik ki, onlar bizə qarşı müdafiədən oynayıb əks-hücumlara üstünlük verəcəklər. Bu, onlarda yaxşı alınırdı. Bütün güclü tərəflərimizi bağlamağa çalışırdılar. Buna baxmayaraq, yenə qol vəziyyətləri yarada bilirdik. Sadəcə, rəqib futbolçuların yerdə çox vaxt keçirməsi xoşuma gəlmədi. Əlbəttə, heç-heçə onlara sərf edirdi. Amma bu, futboldu. Gah “Simurq” vaxt öldürürdü, gah hakim səhv edirdi. Bütün bunlar bizi özümüzdən çıxarırdı.

- Son dəqiqələrdə daha kobud oyunun və hakimin tez-tez oyunu saxlamasının şahidi olmaq olurdu...
- Elədi. Amma oyunun kobud keçdiyini deməzdim. “Qarabağ” sürətli oyun sərgiləməyə alışıb. Hakim isə bu tempə davam gətirə bilmirdi. Oyunçuların hər toxunuşunu qayda pozuntusu kimi qeydə alırdı. O, oyunu saxlamalı olduğu epizodlarda susurdu, heç nə olmadığı halda saxlayırdı, hətta mənasız sarı vərəqələr verirdi.
- Son turlarda ardıcıl xal itkiləri ilə üzləşirsiz. Nə baş verir?
- Fikrimcə, bu, psixoloji amillərlə bağlıdı. Bu yay komandamızın üzvləri böyük yüklənməyə məruz qaldı. Öncə avrokuboklar, sonra çempionat, yığmanın oyunu. Bir qədər psixoloji cəhətdən dincəlməyə ehtiyac var. Həm də hiss olunur ki, rəqiblərimiz bizə qarşı xüsusi müqavimət göstərirlər. Yaxud da “Simurq” kimi 6-7 futbolçu ilə müdafiə olunurlar. Belə komandalara qarşı oynamaq çox çətindi. Məsələn, bizə “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran”a qarşı oynamaq daha asandı, nəinki digərlərinə qarşı. “Rəvan”la oyunda bəxtimiz gətirmədi. “Simurq”la oyunda da eləcə. Bir neçə epizodda hakimlər penaltimizi təyin etməyiblər.

- Qarşıdakı turda sizi “Neftçi” ilə oyun gözləyir. Onlar da “Sumqayıt”la oyunda xal itiriblər...
- Bu tur daha çox “Qəbələ”nin xeyrinə işlədi. Demək olar ki, bütün oyunların nəticəsi məhz onların liderliyinə işlədi. Hərdən belə də olur. Heç kim “Neftçi”nin “Sumqayıt”la oyunda xal itirəcəyini gözləməzdi. Amma indi çempionat elədi ki, zəif komanda yoxdu.
- “Ağ-qaralar”la oyundan nə gözləyirsiz?
- Bu oyun “Simurq”la görüşdən fərqli keçəcək. Həm onlar, həm də biz əsəbləşməyəcəyik. Açıq futbol oynayacağıq.

- Bu komanda ilə son oyunlar sizin üçün uğursuz alınır...
- Burda şanslar əllinin əlliyədi. Uşaqlar da başa düşürlər ki, bizi çox çətin oyun gözləyir. Biz onsuz da çox xal itirmişik. Toparlanmaq və yenidən xal toplamaq zamanıdı.