24 sentyabr 2013 15:54
Yığmamızın üzvü qol vurdu, komandası məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Türkiyədə növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, “Əskişəhərspor” klubuna məxsus millimizin üzvü ikinci komandanın heyətində meydana çıxıb.
“Sakayraspor”la görüşdə o, hətta qol da vurub. Amma Ufukun qolu komandasını hesabda önə keçirsə də (2:1), sonda “Əskişəhərspor” meydanı məğlub tərk edib - 2:3.
