25 sentyabr 2013 17:49
Ötən ayın ən yaxşıları mükafatlandırıldı (FOTO)
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən “Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov avqust ayının ən yaxşı oyunçusu seçilib.
AZAL-ın amerikalı futbolçusu Con Olureminin 4-cü turda vurduğu qol ötən ayın ən gözəl qolu seçilib.
Qaliblərə Topaz-ın pul mükafatı və PFL-in xüsusi hədiyyəsi təqdim edilib.
