25 sentyabr 2013 17:58
Ramin Musayev: Hər şey pulla həll olunmur
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Uzun fasilədən sonra həm Topaz rəhbərliyi, həm də KİV nümayəndələri ilə yenidən görüşdük. Topazla əməkdaşlığa başladığımız gündən bu günə kimi razılığımızı bildiririk. Oyunların yayım hüququ Topaza veriləndə bizi tənqid edənlər də oldu. Lakin, elə turlar oldu ki, bütün oyunlar canlı yayımlandı. Hal-hazırda, orta hesabla 3-4 oyun televiziya vasitəsi ilə canlı göstərilir. Klublar bir sıra hallarda canlı yayımdan imtina edir, bunu azarkeş kütləsini itirməkləri ilə bağlayırlar. Yersiz tənqidlərə önəm vermirik, səhvimiz olanda isə bunu bizə bildirməyiniz müsbət haldı. Bir neçə KİV nümayəndəsinin müəyyən təkliflərini qəbul edib, həyata keçirdiklərimiz də olub. Əsas məqsədimiz Azərbaycan futbolunun inkişafıdı. Çalışırıq ki, heç bir komandaya qarşı haqsızlıq olmasın. Buna baxmayaraq, boş söz-söhbətlər çoxdu. Bir nəfər desin ki, PFL kiməsə qarşı haqsızlıq edib. Öz vəzifəsini icra edə bilməyənlər haqqında tədbir görülür. İşini bacarmayanla yollarımızı ayırırıq. Topazla 1 ildir ki, çalışırıq, bizim tərəfimizdən heç bir narazılıq yoxdu. Topaz-ın futbolun inkişafı üçün öz töhfəsi var. Hər şey pulla həll olunmur. İnanıram ki, mövsümün sonuna kimi daha böyük layihələr həyata keçirəcəyik. Yayım hüququ ilə bağlı indidən növbəti mövsüm üçün təklif almışıq. Bunda KİV nümayəndələrinin də zəhməti var. İstədiyimiz məbləği alacağımız təqdirdə KİV nümayəndələrinə də müəyyən ödənişlər olacaq”.